Xarkov ətrafında gedən döyüşlərdə bir neçə rus hərbçisi əsir götürülüb.
Ukrayna ordusu İrpin şəhərini - İŞĞALÇILARDAN GERİ ALIB
FED.az xəbər verir ki, rus əsgərlər müharibəyə aldadılaraq zorla göndərildiklərini bildiriblər.
Rusiya Mərkəzi Bankının aktivləri donduruldu – RUBL ÇÖKƏCƏK
“Təlimlərə getmişdik, amma bizi bir az aldatdılar. İndi mən burada əsirlikdəyəm” saxlanılanlardan biri deyib.
Daha bir rus hərbçisi isə əvvəlkinin sözlərini təsdiqləyərək, döyüşə göndərildiklərini, lakin özlərinin bundan xəbərsiz olduqlarını qeyd edib.
“Əvvəlcə deyirdilər ki, təlimlərə gedirik. Nəticədə bizi cəbhəyə atdılar, ancaq heç kim müharibəyə getmək istəmir. Bizə deyirdilər ki, getməsək, xalq düşməni olacağıq. Müharibə vaxtı olduğu üçün ümumiyyətlə, güllələnə bilərik”.