«Rusiya Mərkəzi Bankının aktivlərini iflic vəziyyətinə salacağıq».
FED.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
“Bu, onun əməliyyatlarını donduracaq və Rusiya Mərkəzi Bankının öz aktivlərindən istifadə etməsini mümkünsüz edəcək”.
Mərkəzi Bankın aktivlərinin dondurulması o deməkdir ki, Rusiya Bankı artıq ölkədə rublun məzənnəsini tənzimləmək üçün bu aktivlərdən istifadə edə bilməyəcək. Nəticədə qarşıdakı günlərdə rublun dollar və avro qarşısında kəskin dəyər itiricəyi gözlənilir.