Rusiya ordusunun tankları bu gün Ukraynanın Buça şəhəri istiqamətindən İrpin şəhərinə daxil olub. Lakin Ukrayna Silahlı Qüvvələri işğalçıları şəhərdən çıxara bilib.
Xarkovda rus hərbçilər əsir götürüldü - VİDEO
FED.az xəbər verir ki, bunu İrpin şəhərin meri Aleksandr Markuşin deyib.
"Biz İrpini əldə saxlayırıq! Bu gün İrpin 100 % nəzarətimiz altındadır", - şəhər meri vurğulayıb.
Rusiya Mərkəzi Bankının aktivləri donduruldu – RUBL ÇÖKƏCƏK
O, yerli sakinlərdən evdə qalmağı xahiş edib, çünki atəş daim davam edir. Qeyd edilir ki, Ukrayna hərbçiləri üçün əlavə hərbi qüvvələr göndərilib.