"Amazon" ABŞ-da koronavirusun yayılması ilə onlayn alış-verişə artan tələbatı ödəmək üçün 100 000 yeni işçi götürəcək.
Eləcə də bax: «Apple», «Google», «Microsoft», «Amazon» - TRİLYONLUQ ŞİRKƏTLƏR KLUBU
FED.az-ın məlumatına görə, ABŞ-ın elektron ticarət nəhəngi "Amazon" koronavirusun (COVİD-19) yayılması ilə onlayn alış-verişə artan tələbatı qarşılamaq üçün ABŞ-da 100.000 yeni işçi cəlb edəcəyini açıqlayıb.
"Amazon" şirkətinin Dünya Əməliyyatları üzrə böyük vitse-prezidenti Dave Clark tərəfindən yazılmış blog yazılarında koronavirusa görə elektron ticarətə olan tələbatın və işçi qüvvəsinə olan tələbatın ciddi şəkildə artdığı qeyd edib.
Paylaşımda, 100.000 yeni işçinin, tələb artımını qarşılamaq üçün tam və yarım vaxt iş üçün işə götürüləcəyi bildirilib.
Bundan əlavə, şirkət işçilərin maaşlarının artırılması üçün şirkətin 350 milyon dollardan çox sərmayə qoyacağını qeyd edib. Vitse-prezident açıqlamasında ABŞ-da işçilərin əməkhaqqının saatda 2 dollar artırılacağı, İngiltərədəki işçilərin 2 funt-sterlinqə və bir çox Avropa ölkələrindəki işçilərin 2 avro artırılacağı bildirib.