Dünyada internetin və texnologiyaların sürətli inkişafı, mobil qurğu istifadəçilərinin sayının artması və ən əsası ABŞ iqtisadiyyatındakı sıçrayış nəticəsində ABŞ-ın dörd şirkəti 1 trilyon dollarlıq bazar kapitallaşması həddini aşıb.
Eləcə də bax: "iPhone" sahibləri "Apple"nin mobil tətbiqlərinə - 25,5 MİLYARD DOLLAR XƏRCLƏYİBLƏR
FED.az xəbər verir ki, yanvarın ortalarında, «Google»un ana şirkəti olan «Alphabet»in dəyərinin trilyon dollara çatması il dünyanın «Trilyon Dollar Klubu»nun üzvlərinin sayı 4-ə çatdı.
Bunlar «Apple», «Microsoft», «Amazon» və «Alphabet»dir. Bu 4 şirkəti üç ümumi cəhət birləşdirir: hamısı demək olar ki, eyni vaxtda trilyon dollara çatıb, üçü də ABş-da yerləşir və hamısı texnologiya şirkətidir.
Bunların arasında ən böyüyü «Apple»dir –bazar kapitalı 1,4 milyon dollara çatıb. Mənfəət və bir işçiyə düşən mənfəət baxımından hamıdan öndədir. «iPhone» istehsalçısının illik dövriyyəsinin dörddə biri onun təmiz mənfəətidir. Adambaşına düşən mənfəət 435 min dolları keçir. Bu sahədə ikinci ən yaxşı göstərici «Google»dədir – adambaşına 269 min dollar.
Ümumiyyətlə «Apple» və «Google»nin göstəriciləri bir birinə oxşayır. Amma «Google» ikiqat geridədir - illlik dövriyyəsi 137 milyard dollar, xalis mənfəəti 31 milyard dollar olub.
Baxmayaraq ki, işçilərinin sayı «Apple»dən 10 min nəfər artıqdır.
Bu dördlükdə ən sox işçisi olan «Amazon»dur – 650 min nəfərə yaxın. Şirkətin bazarı kapitallaşması 1 trilyon 63 milyard dollardır və bu göstəriciyə görə, «Apple»dən cüzi geri qalmasına baxmayaraq Amazon mənfətinin həcminə və işçi başına düşən təmiz mənfətə görə «iPhone» istehsalçısına qat-qat uduzur. İllik 10,1 milyard dollar mənfəətinə baxmayaraq, Amazon-un bir işçiyə olan qazancı 15,6 min dollardır. Bunun səbəbi işçilərinin sayının böyük olması və ümumi mənfəətinin 4-lükdəki digər şirkətlərlə müqayisədə aşağı olmasıdır.
«Amazon» Trilyon Dollar Klubu arasında ən aşağı bazar həcminə sahib olsa da, qrupda ən bahalı səhm qiyməti onundur - fevralın 14-ü 2020-ci il tarixinə bir səhər üçün 2135 dollar.