Dünyanın tanınmış kredit agentlikləri «Fitch»! və «Moody's» Rusiyanın Ukraynaya müdaxiləsindən sonra sanksiyaların iqtisadiyyata təsirini əsas gətirərək, Rusiyanın reytinqini «zibil» səviyyəsinə endirib.
Rusiyalı milyonçu Putini həbs edəcək zabitə - 1 MİLYON DOLLAR VƏD ETDİ
FED.az xəbər verir ki, "Fitch" və "Moody's" ölkənin kredit reytinqini altı pillə aşağı salaraq, Rusiyanın Ukraynaya hücumundan sonra tətbiq edilən sanksiyaların Rusiyanın xarici borclarını ödəmək qabiliyyətinə şübhələr yaratdığını və iqtisadiyyatını zəiflədə biləcəyini bildirib.
“Fitch” Rusiyanın reytinqini “BBB”dən “B”-yə endirib və ölkənin reytinq proqnozunu mənfi kimi müəyyənləşdirib. Moody's ölkənin reytinqini "Baa3"dən B3-ə endirib.
Fitch Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı beynəlxalq sanksiyaların makromaliyyə sabitliyi üçün riskləri artırdığını vurğulayıb. Agentlik bu vəziyyətin Rusiyanın kredit şərtlərinə böyük zərbə vurduğunu və bununla da dövlət borcunun çevrilməsi prosesinin boğulmasına səbəb olduğunu bildirib.
Fitch, ABŞ və AB-nin Rusiya Mərkəzi Bankı ilə hər hansı əməliyyata qadağa qoymasının Rusiyanın kredit şərtlərinə əvvəlki sanksiyalardan çox daha çox təsir edə biləcəyinə diqqət çəkərək, Rusiyanın beynəlxalq ehtiyatlarının artıq valyuta müdaxiləsi üçün mövcud olmaya biləcəyinə diqqət çəkib.
Moody's isə Rusiyanın borclarını ödəməsi ilə bağlı risklərə də diqqət çəkib.
Ölkənin kredit reytinqinin aşağı salınmasının Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi “ağır” sanksiyalarla bağlı olduğuna diqqət çəkərək, sərt və koordinasiyalı sanksiyalar və əhəmiyyətli narahatlıqlar nəzərə alınmaqla, ölkənin borcunun ödənilməsində problem olacağı riski bildirilib.
Bəyanatda Rusiyanın beynəlxalq ehtiyatlarına çıxışı məhdudlaşdıran sanksiyalar səbəbindən iqtisadiyyat və maliyyə sektorunda pisləşmənin davam etmə ehtimalının olduğu bildirilib.
İndiyə qədər açıqlanan sanksiyaların əhatə dairəsi və şiddətinin Moody's-in gözləntilərini aşdığına diqqət çəkilərək, bunun əhəmiyyətli kredit təsirlərinin olacağı qeyd edilib.
«Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar, həmçinin reytinq agentliyinin əvvəlki 1,6% qiymətləndirməsi ilə müqayisədə Rusiyanın ÜDM-in artım potensialını nəzərəçarpacaq dərəcədə zəiflədəcək», Fitch bildirir.