Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Milli Məclis növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezidentə - MÜRACİƏT EDİB - QƏRAR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
İndiyə qədər 3 partiyanın - REAL, Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınıb.