“Fransa davamlı olaraq beynəlxalq aləmdə nüfuzunu itirir”.
"McKinsey" konsaltinq firmasının Makronu qeyri-qanuni maliyyələşdirdiyi - İDDİA OLUNUR
FED.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əslində Fransaya rəhbərlik edən şəxs bu dövlətin başçısı olmaq üçün səriştəyə malik deyil. Hazırda Fransa Afrika ölkələrini istismar edir. Mali Fransa ilə qırılma vəziyyətindədir. Burkina-Faso da Fransaya vaxt verib və 1 aydan sonra ölkədə fransız əsgəri görmək istəmədiyini bildirib. Düşünürəm ki, Togo da bunu edəcək”, - deyə Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti, həmçinin Makronun dürüst olmadığını da vurğulayıb.