Fransanın Milli Maliyyə Prokurorluğu ölkə prezidenti Emmanuel Makrona qarşı təhqiqata başlayıb. Bu barədə yerli "Parisien" qəzeti xəbər verir.
Azərbaycan Fransanın neft şirkətlərini ölkədən qova bilər – RƏSMİ BAKIDAN SƏRT CAVAB
Məlumata əsasən, prokurorlar 2017-ci il prezidentlik kampaniyasını Amerikanın "McKinsey" konsaltinq firması tərəfindən qeyri-qanuni olaraq maliyyələşdirilməsi ilə bağlı faktlar ortaya çıxdığı üçün araşdıracaqlar.
İstintaq Makron və "McKinsey" arasında əlaqələri üzə çıxarmağı planlaşdırır. Fransa prokurorluğu bu işdə "favoritçilik" və "qanunsuz seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi"nin olub-olmamasını yoxlayacaq.
Bundan əvvəl Amerikanın "McKinsey" konsaltinq şirkətinin eyni vaxtda Rusiyanın "Rostex" dövlət korporasiyası, həm də ABŞ Müdafiə və Kəşfiyyat Nazirliyi ilə əməkdaşlıq etdiyi bildirilir. ABŞ-nin Rusiyadakı Ticarət Palatasının keçmiş rəhbəri Skott Bleklin hesab edir ki, "Rostex"ə məsləhətlər verməklə şirkət, ABŞ hökuməti üçün gördüyü işləri nəzərə alaraq, "özünü potensial riskli vəziyyətə salıb".
Eyni zamanda "McKinsey" şirkətinin rəhbərliyi Rusiyadakı son fəaliyyətlərdə və ABŞ-nin federal agentlikləri ilə bağlanan müqavilələrdə maraqların toqquşmasını görmür. Şirkətin sözçüsü Nil Greys izah edib ki, onlar maraqların toqquşması ilə bağlı məsələlər də daxil olmaqla, ABŞ-nin bütün müqavilə qanunlarına əməl edirlər.
Paytaxt qəzetinin xəbərinə görə, ölkənin Milli Maliyyə Prokurorluğu noyabr ayında ibtidai istintaqa başlayıb və araşdırma üç hakimə həvalə edilib. Onlardan biri 2017-ci ildə keçmiş baş nazir Fransua Fiyona qarşı ittihamlar irəli sürən Serj Turnyordur.
5 il öncə aparılmış araşdırmaya görə, Fransua Fiyon prezidentlik uğrunda seçki yarışından geri çəkilməli oldu, baxmayaraq ki, rəy sorğularına görə, onun Emmanuel Makronu qabaqlamaq şansı var idi... (Azərbaycan)