23 noyabr 2020-ci il saat 17.00-da “AZ AQRO” ASC-nin Balakən şəhəri, R. Səmədov küçəsi 20 nömrəli ünvanda yerləşən inzibati binasında cəmiyyətin növbəti illik ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Ləğv prosesində olan sığorta şirkətinin - SAHİBLƏRİ TOPLANIR
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1. Cəmiyyətin sədrinin 2019-cu ilin maliyyə hesabatı və balansının təsdiqi.
2. Maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı.
3. Müəssisənin ləğvi.
4. Digər məsələlər.
Yığıncağın gündəliyi üzrə materiallarla yuxarıda qeyd edilən ünvanda tanış olmaq mümkündür.
Əlaqə telefonu- 050 582 57 58.
Qeyd edək ki, “AZ AQRO” ASC 30 sentyabr 589 min 904 manat nizamnamə kapitalla yaradılıb. Şirkətin qanuni təmsilçisi Fizuli Varansov Əhma oğludur. Şirkətin hüquqi ünvanı Balakən şəhəri, Rafiq Səmədov, ev 20-dir.