“Xaçmaz-Taxıl” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 27 may 2024-cü il saat 11.00-da keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Xaçmaz şəhəri, H.Əliyev küçəsi 63 ünvanında baş tuacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.Cəmiyyətin 2023-ci ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə icra orqanının hesabatı;
2.Cəmiyyətin idarəetmə orqanlarının formalaşdırılması;
3. İstismara yararsız əsas vəsaitlərin silinməsi və özgəninkiləşdirilməsi məsələlərinin müzakirəsi və qərar.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (055) 204 84 79 “Xaçmaz-Taxıl” ASC-nin icra orqanı.