“Masallı Aqrotexservis” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 29 aprel 2024-cü il saat 11.00-da keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Masallı şəhəri, Qurtuluş küçəsi 125 ünvanında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakılar daxildir:
1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə icra orqanının hesabatı;
2. Cəmiyyətin balansında olan və istifadəyə yararsız bir sıra əsas vəsaitlərin özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi;
3. Cəmiyyətin fəaliyyətinin bərpası ilə bağlı məsələnin müzakirəsi
4. Digər məsələlər. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (055)-516 91-89 “Masallı Aqrotexservis” ASC-nin icra orqanı.