Xəbər verildiyi kimi, 2020-ci ildə Vergi Məcəlləsinə növbəti dəyişiklik və əlavələr ediləcək. FED.az-ın məlumatına görə, hazırlanan layihədə sənəddə 154 maddə və yarımmaddə dəyişdiriləcək.
Eləcə də bax: Vergi Məcəlləsinin «ən pis» maddəsi dəyişdirilir - AÇIQLAMA
Dəyişikliklər aşağıdakı sahələrə aiddir:
Elektron vergi hesab-fakturanın ləğvi və əməliyyatın xarakterindən asılı olaraq müxtəlif növdə elektron qaimə-fakturaların tətbiqi üzrə - 33 maddədə.
ƏDV-nin hesablanması və ödənilməsində vahid yanaşmanın tətbiqi (kassa metodu) üzrə - 17 maddədə.
Bina tikintisində sadələşdirilmiş verginin ləğvi üzrə - 16 maddədə.
Yalan əqdlər və riskli vergi ödəyiciləri üzrə - 15 maddədə.
Aksiz dərəcələrinə yenidən baxılması üzrə - 12 maddədə.
Azadolmalar üzrə - 13 maddədə.
POS-terminalların quraşdırılmasına nəzarət və yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi üzrə - 4 maddədə.
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi sahəsində təkmilləşmə üzrə - 3 maddədə.
Mərkəzləşdirilmiş qaydada uçotu alınma üzrə - 3 maddədə.
Tikinti şirtkətləri tərəfindən yaşayış və qeyri yaşayış sahələrindən dövlətə ayrılan hissədən vergitutma üzrə - 3 maddədə.
Transmilli Şirkətlər Qrupu üzrə hesabatlılıq üzrə - 2 maddədə.
Beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda digər dövlətin vergi orqanları ilə birgə yoxlamaların keçirilməsi üzrə - 2 maddədə.
Redaktə və dəqiqləşdirmə xarakterli - 31 maddədə.
Vergi Məcəlləsinə ediləcək - BÜTÜN DƏYİŞİKLİKLƏR - 2020-Cİ İL - TAM MƏTN