“Azaqrotreyd” MMC “Abicom” MMC-nin ona qoşulması və bu qoşulma nəticəsində “Azaqrotreyd” MMC yenidən təşkil olunur.
FED.az xəbər verir ki, qoşulma dövlət qeydiyyatına alındığı tarixdən “Abicom” MMC-nin fəaliyyətinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələrinin “Azaqrotreyd” MMC-yə keçdiyini elan edir.
Qeyd edək ki, “Azaqrotreyd” şirkəti 5 may 1999-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 286 464 manatdır və qanuni təmsilçisi Ruslan Mikailov Şamil oğludur.