İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu 2020-ci ildə sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi üzrə fəaliyyətini davam etdirib.
Eləcə də bax: Nazir sahibkarlara verilən güzəştli kreditlərin həcmini - Açıqladı
Bu barədə FED.az-a nazirlikdən bildirilib.
Məlumata görə, ötən il Fond ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdrilməsinə 127 milyon manat güzəştli kredit verib. Bu kreditlər 2 700-dən çox yeni iş yerinin açılmasına imkan verir.
2020-ci ildə güzəştli kreditlərin 58%-i aqrar sektorun, 42%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib, 79%-i regionların, 21%-i isə Bakının payına düşüb.
Sahibkarların güzəştli kreditləşdirilməsi bu il də davam etdiriləcək.