Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb.
Eləcə də bax: 500 milyon manatlıq güzəştli krediti - 500 NƏFƏR GÖTÜRƏ BİLİB
FED.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.
Nazir bildirib ki, 2020-ci il ərzində 908 sahibkara 127 milyon manatadək güzəştli kredit verilib:
“İqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində 2020-ci il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 908 sahibkara 127 mln. manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb”. (Qafqazinfo)