"Dövlət tərəfindən sahibkarlara verilən dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur".
Eləcə də bax: Sahibkarlara ödənilən yardımın - MƏBLƏĞİ AÇIQLANIB
FED.az "APA"ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqdisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, karantindən çıxdıqdan sonra iqtisadi fəallıq dərhal bərpa edilməyəcək: "Tövsiyələrdən biri ondan ibarətdir ki, istər ticarət, istər istehsal və xidmət müəssisələrində minimal sayda əməkdaşlar cəlb olunsun. Təbii olaraq bu, ilk növbədə, sanitar-epidemiologi qaydadan irəli gələn məsələdir. Fəaliyyətin tam şəkildə bərpa olunmadığını nəzərə alsaq, bu, müəssisələrin işgüzar aktivliyinə birmənalı təsir göstərəcək".
İqtisadiyyat nazirliyindən FED.az-a bildirilib ki, söhbət muzdlu işçilərə görə, sahibkarlıq subyektlərinə edilən yardımdan gedir. Fərdi sahibkarlıq subyektlərinə edilən yardım (250-5000 manat) isə birdəfəlikdir.