"Bu günə Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 21 432 vergi ödəyicisinə 37 930,3 min manat ödəniş edilib.
Eləcə də bax: Koronavirusun Azərbaycana vurduğu – GÜNDƏLİK ZƏRƏR AÇIQLANDI – MƏBLƏĞ
FED.az "report"a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Ötən il Azərbaycanda 11 152 sahibkarın dövlət büdcəsinə ödənişi 250 manatdan az olsa da, hazırda iş adamlarına verilən maliyyə dəstəyinin məbləği minimum 250 manat, maksimum isə 5 000 manatdır. Bu da həmin vəsaitin həmrəylik məqsədi daşıması ilə bağlıdır. Onu da deyim ki, pandemiyadan zərər çəkənlərin qeyri-neft sektorunda payı 46,4%-dir", - nazir əlavə edib.