"Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" PHŞ 2024-cü ilin yekunlarına dair xalis xərclər haqqında hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, qurumu ümumi mənfəəti 2024-cü ildə 13,1 min manat təşkil edib. Bu, 2023-cü ilin 2,4 min manatlıq göstəricisi ilə müqayisədə 10,7 min manat və ya təxminən 5,5 dəfə artımdır.
Xidmətlərin göstərilməsindən gəlir 10,7 min manat (5,5 dəfə) artaraq 13,1 min manata yüksəlib.
Sair gəlirlər 2024-cü ildə 72 manat təşkil edib, 2023-cü ildə isə belə bir gəlir olmayıb.
Əməliyyat mənfəəti 2024-cü ildə 13,2 min manat olub ki, bu da əvvəlki ilin 2,4 min manatlıq göstəricisindən 10,8 manat və ya təxminən 5,5 dəfə artım deməkdir.
Cəmi əməliyyat xərcləri isə 3 milyon 773,3 min manat təşkil edib. Bu, 2023-cü ilin 3 milyon 80,2 min manatlıq xərcindən 693,1 min manat (22,4%) çoxdur.
Əmək haqqı və onunla bağlı xərclər 2 milyon 887,0 min manata bərabər olmaqla il ərzində, 332,4 min manat (13%) artıb.
Köhnəlmə və amortizasiya xərcləri 104,8 min manat təşkil edib, illik 46 min manat (79,6%) artım baş verib.
İcarə öhdəlikləri üzrə xərclər 584,5 min manata bərabər olub. Bu xərclər son bir ildə, 236,7 min manat (68%) artıb.
İnzibati xərclər 197 min manat təşkil edib ki, bu da illik müqayisədə 76,9 min manat (64,1%) artım deməkdir.
Mənfəət vergisi xərci 2024-cü ildə 1,9 min manat olub ki, bu da 2023-cü ilin 0,6 min manatlıq vergisindən 1,3 min manat və ya təxminən 2,9 dəfə çoxdur.
İl üzrə xalis xərclər 2024-cü ildə 3 milyon 762,1 min manat təşkil edib ki, bu da 2023-cü iliin xərcindən 683,6 min manat (22,3%) çoxdur.
Ümumilikdə, "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" PHŞ 2024-cü ildə ümumi gəlirlərini artırsa da, əməliyyat xərclərinin də böyük ölçüdə artması müşahidə olunur. Bu artım əsasən əmək haqqı, icarə öhdəlikləri və inzibati xərclər hesabına baş verib.
Təşkilatın cəmi aktivləri 2024-cü il üzrə 2 milyon 602,1 min manat təşkil edib. Bu, əvvəlki ilin sonu (3 milyon 21,9 min manat) ilə müqayisədə 419,8 min manat (13,9%) azalmadır.
Cari aktivlər 712,5 min manata bərabər olub. Bu, illik 629,8 min manat (46,9%) azalmadır.
Pul vəsaitləri və onların ekvivalentləri , 607,3 min manat 2 dəfə) azalaraq 581 min manata düşüb.
Mal-material ehtiyatları 102,1 min manat təşkil edib, illik 24,2 min manat (19,2%) azalıb.
Sair cari aktivlər 29,4 min manata bərabər olub.. İllik müqayisədə 1,8 min manat (6,6%) artım baş verib.
Uzunmüddətli aktivlər isə 1 milyon 889,6 min manata bərabər olub. Bu, illik 209 min manat (12,5%) artımdır.
Torpaq, tikili və avadanlıqlar 138,2 min manat (28,3%) artaraq 626,7 min manata yüksəlib.
Qeyri-maddi aktivlər 262,9 min manata bərarəb olub ki, bu da, 71,8 min manat (37,6%) artım deməkdir.
Nizamnamə fondu üzrə alınması uzunmüddətli aktivlər 1 milyon manat səviyyəsində dəyişməz qalıb.
Hesabat ilində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" PHŞ-nin cəmi kapitalı 2 milyon 583,5 min manat təşkil edib. Bu, illik 418,5 min manat (13,9%) azalmadır.
Nizamnamə kapitalı 1 milyon manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülməmiş mənfəət 787,9 min manat təşkil edib ki, bu da əvvəlki ilin 742,6 min manatlıq göstəricisindən 45,3 min manat (6,1%) artımdır.
Ödənilmiş kapital 143,5 min manat və ya təxminən 3 dəfə artaraq 214,6 min manata yüksəlib.
Kapital ehtiyatları 581 min manata enib, illik 607,3 min manat və ya təxminən 2 dəfə azalıb.
Cəmi cari öhdəliklər 18,6 min manata bərabər olub. Bu, son bir ildə 1,2 min manat (6,1%) azalmanın olması deməkdir.
Kreditor borcları 3 min manat (17,3%) azalaraq 14,3 min manata düşüb.
Sair cari öhdəliklər 1,8 min manat təşkil edib, illik 0,1 min manat (6,3%) azalıb.
Mənfəət vergisi üzrə öhdəlik 2,5 min manata bərabər olmaqla, 1,9 min manat və ya təxminən 3,9 dəfə artıb.















