"AzerGold" QSC 2025-ci ilin ilk on ayında ixracatda rekord artım nümayiş etdirərək xaricə 196,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 86,3 milyon dollar və ya 78,5% artım deməkdir.
Xatırladaq ki, ötən ilin eyni dövründə cəmiyyətin ixracatı 110 milyon dollar olmuşdu.










