“Azərbaycanda İraq kapıtalı ilə fəaliyyət göstərən müxtəlif sahələrdə 180-dən çox şirkət var”.
Eləcə də bax: Özbəkistanda azərbaycanlıların 200 şirkəti - Fəaliyyət Göstərir
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın iclasında deyib.
Onun sözlərinə görə, 2020-ci ildə COVID-19 pandemiyası fonunda ticarət dövriyyəsinin azalmasına baxmayaraq, bu il ölkələr arasında ticarətin həcmində yaxşılaşma müşahidə olunub və ticarət dövriyyəsi bu ilin ilk altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% artıb.
Qeyd edək ki, bu ilin I yarısında Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsinin həcmi 7,423 mln ABŞ dolları təşkil edib.(Apa)