“Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi” ASC-nin 2023-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ASC-nin ötən il əsas əməliyyat gəlirləri 77,5 min manat, sair əməliyyat gəlirləri 120,6 min manat, işçi heyəti xərcləri 97,7 min manat, amortizasiya xərcləri 7,1 min manat, sair əməliyyat xərcləri 91 min manat, əməliyyat mənfəəti 2,3 min manata bərabər olub.
İllik müqayisədə əsas əməliyyat gəlirləri 4,9min manat (6,7%), sair əməliyyat gəlirləri 14 min manat (13,1%), işçi heyəti xərcləri 4,3 min manat (4,6%) artıb, amortizasiya xərcləri 1,5 min manat azalıb, sair əməliyyat xərcləri 0,5 min manat (0,6%) artıb. Ötən il isə 13,4 min manat əməliyyat zərəri edib.
ASC-nin 2023-cü ildə xalis mənfəəti və ya zərəri olmayıb. 2022-ci ildə 13,4 min manat zərər edib.
“Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi” ASC ötən 924,8 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 7 min manat (0,8%) azalıb.
Öhdəliklər isə 7,2 min manat (3%) azalaraq 236,2 min manata düşüb.
Balans kapitalı isə dəyişməyib və 688,5 min manat olaraq qalıb.