Gəncədə iki şirkətin sənədləri tamamilə məhv olub.
FED.az xəbər verir ki, bunlar “Gəncə-Nəqliyyat-05” ASC və “Gəncə-Yükdaşıma” ASC-dir.
Şirkətlərin bununla bağlı yaydığı məlumata görə. ASC-lərin sənədlərinin məhv olmasına təmir işləri səbəb olub.
Müəssisələrin inzibati binasında təmir işləri aparılarkən əldə olan emissiya prospektinin nüsxələri yararsız hala düşüb və məlumatlar tamamilə məhv olub. Ona görə də həmin nüsxələr etibarsız hesab edilir.
Həm “Gəncə-Nəqliyyat-05” ASC-nin, həm də “Gəncə-Yükdaşıma” ASC-nin emissiya prospektlərinin yeni nüsxələrinin əldə edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub.