“NES Fircroft Engineering Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı Ləğv olunduğunu elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1009 Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133, mənzil 13 ünvanına bildirə bilərlər.
Filialın qanuni təmsilçisi Teymurzadə Vəfa Məzahir qızıdır.
NES Fircroft Engineering Services Limited — Böyük Britaniyada qeydə alınmış özəl mühəndislik və texniki işçi qüvvəsi tədarükü şirkətidir.
Əsas fəaliyyəti mühəndislik sahəsində işçi heyətin təminatı, texniki işçi və layihə mütəxəssislərinin işə götürülməsidir.
Şirkət əvvəllər NES Global Engineering Services Limited adı ilə də fəaliyyət göstərib, 1997‑ci ildən qeydiyyatdadır
Qlobal səviyyədə 80‑dən çox ofisi və 45‑dən artıq ölkədə fəaliyyəti var












