Aznet Technologies MMC nizamnamə kapitalının azaldıldığını elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 6 003 836 manatdan 3 096 154 manata endirilib.
Beləliklə, nizamnamə kapitalı 2 907 682 manat və ya təxminən 48,4% azaldılıb.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar öz tələblərini cəmiyyətin hüquqi ünvanına göndərə bilərlər.












