2025-ci ilin yanvar-aprel ayları ərzində dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (95,4 milyon ABŞ dolları) birinci olub.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayına istinadən xəbər verir.
Bu siyahıda pomidor (tomat) (74,7 milyon ABŞ dolları) ikinci, karbamid (63,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin aprel ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (30,2 milyon ABŞ dolları) birinci olub.
Bu siyahıda pomidor (tomat) (30,16 milyon ABŞ dolları) ikinci, pambıq (22,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.