2025-ci ilin ilk 10 ayında Azərbaycanın əsas idxal tərəfdaşlarından olan Çindən gətirilən məhsulların dəyərində ötən ilin eyni dövrü ilə müqayisədə ciddi artım qeydə alınıb.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Rəqəmlərə əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana Çindən 3 milyard 735 milyon dollarlıq məhsul idxal edilib. 2024-cü ilin eyni dövründə bu rəqəm 3 milyard 1 milyon dollar təşkil etmişdi. Beləliklə, bir il ərzində Çindən idxalın dəyəri 734 milyon dollar və ya 24,5% artıb.
Bu artım təkcə məbləğdə deyil, həm də Çinin Azərbaycanın ümumi idxalındakı payında özünü göstərir. 2024-cü ildə Çinin ümumi idxaldakı payı 18,04% idisə, 2025-ci ildə bu göstərici 1,39 faiz bəndi artaraq 19.43%-ə çatıb.











