Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 65 415,1 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul istehsal edilib.
FED.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 0,2% artıb.
Eləcə də bax: AYİB: Azərbaycanda ÜDM-in artım tempi gələn il - 2,4% OLACAQ
Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,1%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1%, sənayedə 1,7%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5%, digər xidmət sahələrində 3% artıb, tikintidə isə 6,2% azalıb.