29 oktyabr 2024-cü il saat 10.00-da cəmiyyətin ümumi yığıncağı “Sumqayıt Kompressorları” ASC onlayn qaydada -“ZOOM” proqramı vasitəsilə keçiriləcək və iclasın video qeydiyyatı aparılacaq.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin idarə heyətinin sədrinin təyin olunması.
2. Cəmiyyətin əsas vəsaitlərinin siyahıya alınması.
3. Digər məsələlər.
Bütün səhmdarlardan xahiş olunur ki, yığıncağın keçirilmə vaxtına 1 gün (24 saat) qalanadək iclasda “ONLİNE” iştirak üçün müvafiq kod alaraq qeydiyyatdan keçmələrini 010-324-69-84 “Whatsapp “ nömrəsi ilə təmin etsinlər.
Qeydiyyata düşənlərə proqramdan istifadə üçün iclasa qoşulma linki və müvafiq təlimat göndəriləcəkdir.