"Ram Kablo" MMC (VÖEN: 1506882191) nizamnamə kapitalını növbəti dəfə kəskin azaldır.
FED.az xəbər verir ki, müəssisənin nizamnamə kapitalı 40 min AZN-dən 10 min AZN məbləğinə azaldılır.
Şirkət ötən ay isə nizamnamə kapitalının 60 min manatdan 40 min manata kimi azaldıldığını elan etmişdi.
Qeyd edək ki, bu şirkətin qanuni təmsilçisi Salih Koçdur.