2021-ci il ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 7,5 faiz artaraq 2022-ci il yanvarın 1-i vəziyyətinə 167140 olub.
Eləcə də bax: Gənc sahibkarlara ötən il 2,7 mln. manatlıq güzəştli kreditlər - AYRILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, “İnformasiya və rabitə”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Peşə, elmi və texniki fəaliyyət”, “Emal sənayesi”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” və “Maliyyə və sığorta fəaliyyəti” sahələrində nəzərəçarpacaq dərəcədə olub.
“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksək olub.