Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci il ərzində 63 gənc sahibkarlıq subyektinə 2,7 mln. manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.
Eləcə də bax: Ötən il ən çox məbləğdə güzəştli kredit verən 5 bank – SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, fonddan verilən məlumata görə, maliyyələşdirilmiş layihələr hesabına 97 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, ötən il ərzində ümumi dəyəri 287,7 mln. manat olan 1 902 layihəyə 130,6 mln. manat güzəştli kredit verilib ki, bunun sayəsində 3 213 yeni iş yerinin yaradılması planlaşdırılır.
Verilən kreditlərin 46%-i və ya 60,4 mln. manatı kiçik və orta kreditlərin payına düşüb.