İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) "MCB" QSC bank olmayan kredit təşkilatını (BOKT) müvəkkil maliyyə qurumlarının siyahısına daxil edib.
Eləcə də bax: Banklara tapşırıq verildi - GÜZƏŞTLİ KREDİTLƏRİ ARTIRIN
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bununla da, SİF-in müvəkkil kredit təşkilatlarının sayı 45-dən 46-ya çatıb. Hazırda Fond 23 bank, 11 BOKT və 12 kredit ittifaqı ilə əməkdaşlıq edir.
Xatırladaq ki, SİF ölkə prezidentinin 31 iyul 2018-ci il tarixli fərmanı ilə 1992-ci ildən fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. (Report)