Veysəloğlu Şirkətlər Qrupu Rusiyanın pərakəndə sektorundakı böyük şirkətlərindən olan “” üçün yeni eksklüziv şokolad markasının istehsalına başlayıb.
FED.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupunun istehsal müəssisələrindən biri olan “Ulduz” Şokolad Fabrikində eksklüziv şokolad markası “Milla Vanilla” Rusiyanın 66 regionunda fəaliyyət göstərən "Пятёрочка" şəbəkəsinə aid mağazalarda təqdim olunmağa başlayıb.
Ölkənin 66 regionunda fəaliyyət göstərən “X5 Group”, “Ulduz” Şokolad Fabrikinin texnologiyasını və istehsal qabiliyyətini yüksək qiymətləndirərək, Rusiyada bütün ölkə üzrə 20 mindən çox mağazaya sahib olan "Пятёрочка" şəbəkəsi üçün eksklüziv şokolad markasının bu müəssisədə istehsalı ilə bağlı razılaşma əldə edib.
Əməkdaşlıq müqaviləsinə görə, "Milla Vanilla” adı ilə istehsal olunan bar şokoladın ilk partiyasının şirkətin Rusiya Federasiyasında fəaliyyətdə olan bütün regionlardakı mağazalarına çatdırılmasına start verilib.
Qeyd edək ki, “Ulduz” Şokolad Fabriki İlgiltərənin Pərakəndə Ticarət Birliyi tərəfindən verilən, Qida Təhlükəsizliyi Standartı üzrə BRC sertifikatının "A+" dərəcəsinə, həmçinin Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı olan ISO 9001, İSO 22000 sertifikatına sahibdir.
“Ulduz” markalı məhsullar Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Litva, Estoniya, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Yəmən, İran, Malayziya, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla, 20-dən artıq ölkəyə ixrac olunur. Bir neçə istehsal xətti ilə fəaliyyət göstərən fabrik müasir standartlara cavab verən, ekoloji və gigiyenik baxımdan təmiz və təhlükəsiz şokoladlar, karamellər, draje məhsulları istehsal edir. Fabrikdə şokolad Almaniya, Belçika və İtaliyada istehsal olunmuş ən müasir texnologiyalardan istifadə edilərək hazırlanır.