Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Xocalı rayonunda əməyin mühafizəsinə dair mediatur təşkil olunub. Tur çərçivəsində media nümayəndələri Xocalı rayonunda fəaliyyət göstərən “Qarabağ Tekstil Evi” MMC və “Accurate Az” MMC-də olublar. Onlar müəssisələrdə istehsal prosesi, əmək şəraiti, əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərə baxış keçiriblər.
FED.AZ xəbər verir ki, tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, mediaturun əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə yaradılmış təhlükəsiz və sağlam əmək şəraitini ictimaiyyətə təqdim etmək, əməyin mühafizəsi sahəsində görülən işlər və qabaqlayıcı tədbirlər barədə məlumatlılığı artırmaqdır.
M.Rüstəmovun sözlərinə görə, tərəfdaş qurumlarla birgə cari ildə Xidmətin Əməyin Mühafizəsi Mərkəzi tərəfindən 73 maarifləndirici tədbirlər keçirilib ki, bu tədbirlərə ümumilikdə 230-dan çox yaxın işəgötürən və 3 mindən çox işçi cəlb olunub: “Sevindirici haldır ki, biz bu gün arzuladığımız bir məkanda - Xocalıda fəaliyyət göstərən “Qarabağı Tekstil Evi”ndəyik. Qeyd etməliyəm ki, bizim “Nümunəvi müəssisə” adlı bir layihəmiz həyata keçirilir. Bu layihədə “Qarabağ Tekstil Evi” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında “Nümunəvi müəssisə” statusunu qazanıb. Bizim mərkəz bu müəssisə ilə əməyin mühafizəsi qaydaları və sağlam iş şəraitinin yaradılması istiqamətində birgə fəaliyyət göstərib və bundan sonra da fəaliyyətini davam etdirəcək”.
Qeyd edək ki, tədbirlər zamanı əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışmasının təmin olunması, yeni dövlət standartlarının tətbiqi, əmək qanunvericiliyinin əsas tələbləri və mina təhlükəsizliyi qaydaları barədə məlumat verilib.
Mediaturda Xidmətin sosial tərəfdaşları olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri də iştirak ediblər.






![Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Xocalıda mediatur təşkil olunub – [red]FOTO - VİDEO[/red] | FED.az](/upload/news/small/920372.jpg)
![Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Xocalıda mediatur təşkil olunub – [red]FOTO - VİDEO[/red] | FED.az](/upload/news/small/528117.jpg)
![Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Xocalıda mediatur təşkil olunub – [red]FOTO - VİDEO[/red] | FED.az](/upload/news/small/4304312.jpg)
![Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Xocalıda mediatur təşkil olunub – [red]FOTO - VİDEO[/red] | FED.az](/upload/news/small/113964.jpg)







