Azərbaycanın qastronom şəbəkəsi - "AZZA" QSC nizamnamə kapitalını 42 433 902 manat və yaxud 6,6 dəfə artıraraq 7 566 098 manatdan 50 000 000 manata çatdırmağı planlaşdırır.
FED.az səhmdar cəmiyyətindəki mənbəyə istinadən xəbər verilir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 21 216 951 ədəd yeni səhm buraxılacaq.Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək (Report).
Xatırladaq ki, "AZZA" 2005-ci ildə yaradılıb, bir qədər əvvəl isə şirkətə yeni rəhbər təyin edilib.













