Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılış mərasimi keçirilib.
Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə fəaliyyət göstərir
FED.az xəbər verir ki, bunu tədbirdə iştirak etmiş iqtisadiyyat naziri Mikayıl Cabarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışında iştirak etdik. Birgə sərmayəyə əsaslanan investisiya şirkətinin fəaliyyəti qarşılıqlı investisiyalar sahəsində əməkdaşlığı yeni səviyyəyə yüksəldəcək. İlkin olaraq 15-ə qədər layihənin maliyyələşdirilməsi ilə bağlı təhlil aparan şirkətin gələcəkdə ikitərəfli strateji investisiyaların genişləndirilməsi, özəl sektorun dəstəklənməsi və sahibkarlığın stimullaşdırılması istiqamətində fəaliyyəti artacaq. Uğurlu investisiyalar yeni səmərəli layihələr və iş yerləri yaradacaq, ölkələrimizin davamlı iqtisadi artımına töhfə verəcək", - deyə o qeyd edib.