Azərbaycan sahibkarları Özbəkistana məhsul ixrac etməkdə maraqlıdırlar.
Azərbaycan şirkəti Özbəkistanda 29,3 milyon dollarlıq tenderdə qalib oldu
FED.az xəbər verir ki, bunu Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
“Foruma Azərbaycandan 67 şirkət, o cümlədən, 10-a yaxın dövlət qurumunun nümayəndəsi gəlib. “İqtisadiyyatın əsas istiqamətləri” adlı Azərbaycan məhsullarının sərgisi bu gün başlayır".
Qeyd edək ki, avqustun 22-də Daşkənddə iki günlük Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb.
Qeyd olunur ki, bu forum iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə və birgə layihələrin həyata keçirilməsinə kömək edəcək.
Forum ticarət həcminin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması yollarının müzakirəsi platformasına çevriləcək.
Xatırladaq ki, hazırda Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə, o cümlədən, 62 müştərək müəssisə və 174-ü tamamilə əcnəbilərə məxsus müəssisə fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda 70 Özbəkistan şirkəti fəaliyyət göstərir.
Ümumilikdə, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi 118,2 milyon dolları ötüb. (Trend)