İyulun 14-də Yaponiyanın milli valyutası olan yenin məzənnəsi Tokioda keçirilən hərraclarda 1998-ci ilin sentyabrından bəri ən aşağı həddə düşüb. Belə ki, həmin gün Tokio Fond Birjasında keçirilən hərraclarda 1 ABŞ dolları 139,09 – 139,11 yenə təklif olunub.
Eləcə də bax: Medvedev: "Yaponiya Rusiya nefti və qazından məhrum ediləcək"
FED.az xəbər verir ki, buna səbəb ABŞ-da istehlak qiymətləri indeksinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artması göstərilir. Nəticədə, investorlarda Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin bundan sonra da artacağı, Yaponiyada isə milli tənzimləyicinin baza dərəcələrini minus səviyyəsində saxlamqda davam edəcəyi barədə narahatlıq yaranıb. Buna görə də onlar aktivlərin yapon yeni ilə deyil, dollarla saxlanmasına üstünlük verməyə başlayıblar.
Bu siyasətin xaricdən idxal edilən malların dəyərinin artmasına və inflyasiyaya səbəb olacağı barədə tənqidi fikirlərə baxmayaraq, Yaponiya Bankının rəhbəri Haruhiko Kuroda bu siyasətin davam edəcəyini bildirib. Əlavə edib ki, milli valyutanın məzənnəsi heç də əsas göstərici deyil. (Azərtac)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.