Türkiyə bankı Yapı Kredi bir il ərzində xaricdə məbləği 10 milyard dollardan çox istiqraz buraxmağa qərar verib.
FED.az bankın açıqlamasına istinadən xəbər verir ki, emissiyanın 3 milyard dollara qədəri "yaşıl" istiqrazlar, 7 milyard dollara qədəri isə orta müddətli istiqrazlar proqramı çərçivəsində buraxılacaq istiqrazlar olacaq.
Həmçinin bank 250 milyon avroya qədər ipoteka ilə təmin edilmiş qiymətli kağızlar da buraxa biləcək.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" Yapı Kredinin törəmə bankıdır. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.