30 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 50 milyon manat həcmində, 1092 gün (1057 qalıq gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Mərkəzi Bankın notları şirkətlərə - 9,5 FAİZ GƏLİR QAZANDIRIB
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 83.3171 (14.3181%) manat və 98.1933 (7.9452%) manat olan 41 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.7232 (9.3189%) manat, orta ölçülmüş qiyməti 96.9226 (8.4411%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 82 milyon 994 min 400 manat, yerləşdirilmiş həcmi isə 45 milyon 263 min manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı ildir.
Hərrac iştirakçıları 31 may 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.