Ukrayna Milli Bankı (NBU) 30 milyard qrivna (təxminən 1 milyard dollar) dəyərində daha bir hərbi istiqraz buraxılışını alıb.
Eləcə ə bax: Avropa bankları Ukrayna böhranına görə 7 mlrd. dollar - İTİRİB
FED.az xəbər verir ki, bu barədə çərşənbə axşamı maliyyə tənzimləyicisinin mətbuat xidməti məlumat yayıb.
"2022-ci il mayın 9-da Ukrayna Milli Bankı 30 milyard UAH dəyərində hərbi istiqrazları əldə edib. Əhəmiyyətli müdafiə, humanitar və sosial ehtiyacları nəzərə alaraq, milli bankın büdcə dəstəyi zəruri tədbir olaraq qalır", - tənzimləyicinin saytında deyilir.
Ukrayna hökuməti ölkədə elan edilmiş hərbi vəziyyət şəraitində xərclərin maliyyələşdirilməsi üçün bu növ qiymətli kağızları buraxır. Eyni zamanda, NBU vurğulayıb ki, tənzimləyicinin dəstəyi Nazirlər Kabinetinin xərclərinin maliyyələşdirilməsinin əsas mənbəyi ola bilməz.
Ukraynanın baş naziri Denis Şmıqal fevralın 25-də bildirib ki, ölkənin Nazirlər Kabineti mərhələli şəkildə 400 milyard qrivnaya (təxminən 13,5 milyard dollar) qədər hərbi istiqrazlar buraxmaq qərarına gəlib. Martın 8-də NBU-nun idarə heyəti 20 milyard qrivna (675 milyon dollar) dəyərində dövlət müharibə istiqrazlarını almışdır. Bunun üçün Ali Rada Ukrayna Milli Bankı haqqında qanunun dövlətə kredit verilməsini qadağan edən maddəsinin fəaliyyətini dayandırıb. Aprelin 13-də tənzimləyici 20 milyard qruivna istiqrazları aldığını elan edib. (Marja)