Rusiyanın Ukraynada başladığı müharibə nəticəsində yaranan böhran Avropa banklarına təxminən 7 milyard dollara başa gəlib. Bu, bankların özlərinin biznesləri üçün riskləri göstərən qiymətləndirmələrinin cəmidir.
Eləcə də bax: Aİ “Sberbank”ı - SWIFT-dən AYIRIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Bloomberg”in məlumatına görə, ən çox itkiyə Fransanın maliyyə konqlomeratı “Societe Generale (3.7 milyard dollar) məruz qalıb. Onun ardınca “UniCredit” (2 milyard dollar) və “Commerzbank” (0.5 milyard dollar) gəlir. Zərərə görə ilk onluğa həmçinin “Raiffeisen Bank” (0.3 milyard dollar), “Credit Suisse” (0.2 milyard dollar), “BNP Paribas” (0.2 milyard dollar), “Deutsche Bank” (0.1 milyard dollar) və “UBS” (0.1 milyard dollar) daxil olub.
Agentlik xatırladıb ki, İtaliyanın “UniCredit” bank qrupu Rusiyadakı biznesini itirdiyi təqdirdə 1.3 milyard avro ehtiyat saxlayıb. “UniCredit”in baş direktoru Andrea Orsel 2022-ci ilin ilk aylarının Ukraynada baş verən hadisələrə görə həddindən artıq geosiyasi və makroiqtisadi qeyri-müəyyənliklə yadda qaldığını bildirib.
Mayın 4-ü məlum olub ki, 2022-ci ili birinci rübündə “Raiffeisenbank” müştərilərinin 14%-ni itirib, onların sayı 4.3 milyondan 3.7 milyona düşüb. Bu barədə “Raiffeisen Bank International”ın (RBI) ana strukturunun təqdimatında məlumat verilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.