Türkiyədə dolların məzənnəsi tədricən 7 dirəyə çatmaqdadır.
FED.az xəbər verir ki, hazırda qardaş ölkədə 1 ABŞ dollarının məzənnəsi 6,9855 lirə ətrafındadır. Cəmi bir ay əvvəl dolların məzənnəsi 6,56 lirə idi. Son bir ildə isə lirə dollar qarşısında 20% dəyər itirərək 5,82-dən 6,98-ə yüksəlib. Paralel olaraq avro da bahalaşır və 7,6 lirəyə yaxınlaşır.
Ötən dövrdə türk lirəsi Azərbaycan manatı qarşısında da sürətlə ucuzlaşıb. Xatırladaq ki, Azərbaycanda baş verən devalvasiyalardan sonra dolların məzənnəsi 2017-ci ilin aprelin 12-dən sabitləşib və o vaxtdan 1,7 manat həddində qalıb. O vaxt Türkiyədə dollar 3,69 lirə idi və indiyədək dollar Türkiyədə 89%, təqribən 2 dəfə bahalaşıb.