Dünya bazarında Brent neftinin qiyməti aprelin 21-dən sürətlə dəyərdən düşür və ucuzlaşma bu gün də davam etməkdədir.
Eləcə də bax: Azərbaycanlı nazir nefti bahalaşdırmaq üçün - TƏKLİF VERDİ
FED.az xəbər verir ki, aprelin 21-də London birjasında Brent nefti 8% ucuzlaşaraq 19,33 dollara enib.
Aprelin 22-də qiymətlər yenidən ucuzlaşır və indiyədək yenidən 8,12% ucuzlaşaraq 17,76 dollara düşüb.
Bir gün əvvəl qiyməti mənfiyə düşən Amerikanın Qərbi Texas nefti (WTI) isə bahalaşmaqdadır. Qiymətlər bu gün 0,3% artaraq 11,86 dollara yüksəlib.