2026-cı ilin yanvar-fevral ayları üzrə “Troni İnvestisiya Şirkəti” QSC-nin birja əməliyyatlarının nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin birja dövriyyəsi 115,2 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi cüzi – 167 min manat (-0,1%) azalıb.
Bu dövrdə QSC-nin repo əməliyyatları üzrə dövriyyəsi 100 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 9,95 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 3,4 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 1,9 milyon manat olub. Şirkət bu dövrdə dövlət istiqrazları ilə əməliyyat aparmayıb.
Hesabat dövründə şirkətin korporativ istiqrazlar və səhm bazarlarında aktivliyi əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, korporativ istiqrazlar üzrə dövriyyə 3,3 milyon manat və ya (43,9 dəfə), səhm əməliyyatları isə 975 min manat (2 dəfə) artıb. Bununla yanaşı, şirkət ARMB qiymətli kağızları bazarında 9,95 milyon manatlıq yeni əməliyyatlar həyata keçirib. Lakin repo əməliyyatları 14,4 milyon manat (-12,6%) azalıb.












