2026-cı ilin yanvar-fevral ayları üzrə “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin birja əməliyyatlarının nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin birja dövriyyəsi 106,9 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 81,2 milyon manat və ya 43,2% azalıb.
Bu dövrdə QSC-nin repo əməliyyatları üzrə dövriyyəsi 64,1 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 30,1 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 12,7 milyon manat olub. Şirkət bu dövrdə dövlət istiqrazları və səhm əməliyyatları həyata keçirməyib.
Hesabat dövründə şirkətin dövriyyəsinin azalmasına baxmayaraq, korporativ istiqrazlar bazarında aktivliyi kəskin artıb. Belə ki, bu seqmentdə dövriyyə 27,8 milyon manat və ya (13,4 dəfə) yüksəlib.
Bununla yanaşı, şirkət ARMB qiymətli kağızları bazarında 12,7 milyon manatlıq yeni əməliyyatlar həyata keçirib. Lakin şirkətin əsas dövriyyə aləti olan repo əməliyyatları 105,6 milyon manat (2,6 dəfə) azalıb və ötən il 16,1 milyon manatlıq dövriyyə etdiyi dövlət istiqrazları bazarını tamamilə tərk edib.
Hesabat dövrünün nəticələrinə görə, «Capital Partners»ın əməliyyatlarının sayı 145 ədəd (3 dəfə) azalaraq 73-ə bərabər olub.












