ABŞ prezidenti Tramp «Tvitter»də bəyan edib ki, «Amazon» şirkəti kifayət qədər vergi ödəmir. FED.az-ın məlumatına görə, Tramp yazıb ki: «Başqalarından fərqli olaraq, onlar (yəni «Amazon») ştat hökumətlərinə və yerli idarəetmə qurumlarına az vergi ödəyir, ya da ümumiyyətlə heç nə ödəmir. Üstəlik, onlar bizim poçt xidmətini öz kuryeri kimi istifadə edərək ABŞ-a böyük zərər vurur və minlərlə kiçik riteyl şirkətini bazardan sıxışdırırlar».
Tramp onu da qeyd edib ki, o Amazonun vergidən yayınması haqqında hələ 2016-cı il seçkilərindən əvvəl yazıb.
Bununla yanaşı, maraqlıdır ki, birjalar Trampın ittihamlarından o qədər də narahat olmayıb. Doğrudur, birjanın işə düşməsindən dərhal sonra Amazonun səhmləri 4,6% ucuzlaşıb, amma sonradan bu enmə aradan qalxıb və səhmlər daha 1,15% bahalaşıb.
Tramp indi də «Amazon»u qaraladı – "VERGİ ÖDƏMİR"
20:24
30 Mart 2018