2020-ci il avqustun 14-ü saat 11.00-da “Sumqayıt-Sərnişin” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: Azərbaycanda şirkət səhmdar iclasını - "ZOOM" İLƏ KEÇİRƏCƏK
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakılar daxildir.
1. Cəmiyyətin 2019-cu ilin maliyyətəsərrüfat fəaliyyətinə aid idarə heyətinin hesabatı.
2. Cəmiyyətin müşahidə şurasının yeni tərkibinin seçilməsi.
3. Cəmiyyətin idarə heyətinin yeni tərkibinin və idarə heyəti sədrinin seçilməsi.
4. Cəmiyyətin maliyyə-təftiş komissiyasının yeni tərkibinin seçilməsi.
5. “Sumqayıt-Sərnişin” ASC-nin yenidən təşkil olunaraq onun tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaradılması. Yenidən təşkillə əlaqədar komissiyanın yaradılması və ona müvafiq səlahiyyətlərin verilməsi.
6. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiqləyən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Ünvan- Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1 .