30 iyun 2020-ci il tarixdə saat 15:00-da “Azmetko Kompleks Sazlama və Avtomatlaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, COVİD-19 virusu ilə bağlı karantin tədbirləri şiddətləndiyinə görə, yığıncaq “Zoom” proqramı vasitəsilə ONLİNE rejimdə keçiriləcək.
İDENTİFİKASİYA KODU: 9475036984
PAROL: azmetco
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
Yığıncağın gündəliyi:
1. “Azmetko KSA” ASC-nin 2019-cu il üzrə fəaliyyətinə dair illik hesabatın təsdiq edilməsi.
2. “Azmetko KSA” ASC-nin 2019-cu il üzrə illik mühasibat balansının təsdiq edilməsi.
3. 2019-cu ilin yekunlarına görə mənfəətin bölüşdürülməsi, o cümlədən, onların məbləği, ödənilmə qaydası, forması və müddətinin müəyyənləşdirilməsi.
4. “Azmetko KSA” ASC-nin Direktorlar (Müşahidə) Şurasının tərkibində dəyişikliklərin edilməsi.
5. İstismarda olan köhnə nəqliyyat vasitələrinin yeniləri ilə əvəz edilməsi.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Ünvan: Bakı şəhəri, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 63
Telefon: (+994 12) 450 95 66